Sizin link burada

Avtobus aşdı - 10 yaralı

Rusiyanın İrkutsk vilayətində sərnişin avtobusu qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Məlumata əsasən, sərnişin avtobusunun aşması nəticəsində 10 nəfər yaralanıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə baş verən zamanı avtobusda 36 sərnişin və 2 sürücü olub.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>