Sizin link burada

Şəki sakini qonşusunu bıçaqladı

Şəkidə 23 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.

 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 19 radələrində rayonun Böyük Dəhnə kənd sakini 1994-cü il təvəllüdlü  Eşqin Rifahil oğlu Nəbiyev bədənin müxtəlif nahiyələrində bıçaq yarası xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

 

MRX-dan APA-ya verilən məlumata görə, xəstəxananın cərrahiyə şöbəsinə yerləşdirilən Eşqin Nəbiyevə sol çiyin qurşağının və sol böyrək ətrafı nahiyənin kəsilmiş-deşilmiş lakin daxilə nüfuz etməyən bıçaq yarası xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir. Eşqin Nəbiyev müayinə zamanı qonşusu Vaqif adlı şəxs tərəfindən bıçaqlandığını bildirib.

 

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində (ŞRPŞ)  araşdırma aparılır.

 

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>