Sizin link burada

Səudiyyə qadınları da motosiklet və yük maşını sürə biləcək

Səudiyyə Ərəbistanında 2018-ci ildən etibarən qadınların motosiklet və yük maşını idarə etməsinə icazə veriləcək.  APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanı Nəqliyyat İdarəsinin dərc etdiyi yeni qaydalarda bildirilir.

 

Qeyd edək ki, sentyabrda kral tərəfindən imzalanan fərmana əsasən, qadınların 2018-ci ilin iyunundan avtomobillərin idarə etməsinə icazə veriləcək.    

 

Nəqliyyat İdarəsi qadınların həmçinin  motosiklet və yük maşını da idarə etməsinə icazə veriləcəyini və yol hərəkəti qaydalarının qadın və kişilər üçün bərabər şamil olunacağını  bildirib. 

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>