Sizin link burada

Şəkidə 31 yaşlı kişini it dişləyib

Şəki rayon sakinini it dişləyib.
 
 
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun  Şin kənd sakini, 1986-cı il təvəllüdlü Fərahim aydın oğlu Həsənov it dişləməsi xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) gətirilib.
 
MRX-dan bildirilib ki, 31 yaşlı Fərahim Həsənov yolda sahibsiz itin hücumuna məruz qalıb. İt ona qarın nahiyəsindən xəsarətlər yetirib.
 
 
 
F. Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə zərdab vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>