Sizin link burada

Gəncədə partlayış: 14 yaşlı oğlan xəsarət alıb

Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.
 
 
 
APA-nın qərb bürosunun xəbərinə görə, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.  
 
 
 
Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>