Sizin link burada

Cəlilabad və Göygöldə yanğın olub

 
Azərbaycanın 2 rayonunda yanğın hadisəsi qeydə alınıb. 
 
Lent.az-ın FHN-nin saytına istinadən məlumatına görə, Cəlilabad rayonu, Göytəpə şəhərində ümumi sahəsi 80 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 8 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
 
Eyni zamanda Göygöl rayonu, Yeni Qızılca kəndində ümumi sahəsi 450 m2 olan birmərtəbəli restoranın tavanı 15 m2 sahədə, 5 ədəd divan qismən və restoranın giriş qapısı 1 m2 sahədə yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>