Sizin link burada

Qardaşını ürəyindən güllələdi: AİLƏ FACİƏSİ

Sankt-Peterburqda azərbaycanlı qardaşlar arasında yaşanan mübahisə ölümlə nəticələnib.
 
 
APA-nın Sank-Peterburqun yerli mətbuat orqanına istinadən verdiyi xəbərə görə, hadisə 14 dekabr tarixində baş verib.
 
 
 
Bildirilir ki, Sankt-Peterburqun mərkəzində yaşayan 31 və 48 yaşlı, adları hələ məlum olmayan qardaşlar hadisə baş verən gün birlikdə spirtli içki içiblər və aralarında mübahisə yaranıb. Nəticədə böyük qardaş ov tüfəngi ilə qardaşını ürəyindən güllələyib. Yaralanan qardaş yerindəcə ölüb.
 
 
 
Hadisəni törətmiş şəxs saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>