Sizin link burada

Polis oğruları belə yaxaladı

Metroda oğurluq etmiş şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, metropolitendə Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 8-də Bakı şəhər sakini olan bir qadının içərisində 120 manat olan pul kisəsini oğurlamaqda şübhəli bilinən paytaxt sakini Seyfəddin Mustafayev saxlanılıb.

 

Daha bir oğurluq hadisəsi Nərimanov rayonunda baş verib. Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il sentyabr ayından dekabrın 11-dək olan müddətdə rayon ərazisində 3 evdən, telefon qovşağından və 1 kafedən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Baqautdinov saxlanılıb.

 

Analoji hadisə Gəncə şəhərində də yaşanıb. Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu ilin mart ayından dekabrın 2-dək olan müddətdə Gəncə şəhəri ərazisində bir qadının 50 manat və 1500 rublunu, 5 nəfərin mobil telefonunu, 1 evdən və 3 avtomobildən akkumulyator, maqnitofon və inşaat materialları oğurlamaqda, habelə 1 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Mehran Hüseynov saxlanılıb.

LENT

24 Aprel 2018
23 Aprel 2018

Digər xəbərlər >>>