Sizin link burada

Milyarder arvadı ilə birgə evində ölü tapıldı

Kanadalı milyarder, “Apotex” şirkətinin prezidenti Barri Şerman həyat yoldaşı ilə birgə Torontodakı evində ölü tapılıb.

 

APA-nın məlumatına görə, bu barədə CBC telekanalı xəbər verib.

 

Hadisənin səbəbləri hələ ki, məlum deyil. İlkin təhqiqat zamanı polis bir nəfər şübhəlini saxlayıb.

 

“Apotex” şirkəti 1974-cü ildə B. Şerman tərəfindən təsis edib. Dərman preparatları istehsal edən şirkətin məhsulları 115-dən çox ölkəyə ixrac olunur. Bu ilin noyabrında  “Canadian Business” jurnalı  75 yaşlı Barri Şermanı ölkənin ən varlı insanlarının siyahısına daxil edib. 

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>