Sizin link burada

Qəzzada toqquşmalar: 4 ölü, 400 yaralı - YENİLƏNİB

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 400-ə yaxını nəfər xəsarət alıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

 

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. Fələstinlilər avtomobil şinlərini yandırıb, hərbçiləri daşa basıblar. Buna cavab olaraq hərbçilər etirazçılara qarşı müxtəlif növ silahlardan və gözyaşardıcı qazdan istifadə ediblər. Sutka ərzində 400-ə yaxın fələstinlinin müxtəlif dərəcəli xəsarət aldığı bildirilir.

 

Qeyd olunur ki, bu,  ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanınmasından sonra qeydə alınan ən şiddətli toqquşmalardır. Son məlumatlara əsasən, etirazlar başlanandan İsrail hərbçiləri ilə toqquşmalarda 8 fələstinli həlak olub.

 

***

 

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail ordusu ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 2 nəfər ölüb, 263-ü nəfər xəsarət alıb.

 

APA-nın xəbərinə görə, bu barədə RİA Novosti agentliyinə yerli tibb xidmətinin nümayəndələri bildirib

 

“Bu gün iğtişaşlarda iki fələstinli ölüb”, deyə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.

 

Qızıl Aypara Cəmiyyətindən verilən məlumatda isə bildirilib ki, gün ərzində 263 fələstinli yaralanıb, onlardan 13-ü güllə yarası alıb.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>