Sizin link burada

Siyavuş Novruzov: "Sevinc Osmanqızı təxribatla məşğuldur"

 

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Seçki Məcəlləsinə edilən dəyişikliklərlə bağlı bəzi şəxslərin növbədənkənar seçkinin keçiriləcəyi barədə məlumatlar yayaraq, vətəndaşları çaşdırdığını bildirib.

 

APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında Seçki Məcəlləsinə dəyişikliklərin müzakirəsində çıxış edən S. Novruzov bildirib ki, Amerikada yaşayan Sevinc Osmanqızı şayiə yayır ki, Azərbaycanda mart ayının ortalarında prezident seçkiləri keçiriləcək və Milli Məclis bu məsələni müzakirəyə çıxarır.

 

"Bu, təxribatdır və o, təxribatla məşğuldur. Qanunda göstərilib ki, prezident seçkiləri fəaliyyətdə olan prezidentin səlahiyyət müddəti başa çatdıqdan sonra, oktyabr ayının üçüncü həftəsinin üçüncü günündə keçirilir. Burada hər hansı fövqəladə hal, hadisə baş verməyib. Götürün Konstitusiyanı, Seçki Məcəlləsini oxuyun. Hər fikirdən yanlış nəticələr çıxarıb, yanlış xəbərlər yayırlar, biz də bütün fəaliyyətimizi təkzib verməyə həsr edirik”, - deyə, S. Novruzov bildirib.

 

LENT

25 Aprel 2018
24 Aprel 2018

Digər xəbərlər >>>