Sizin link burada

Şou-biznesin ən zövqsüzü onlardır - Samiraldodan şok AÇIQLAMA - VİDEO

Stilist Samiraldo ( Samir Əliyev ) şou-biznesin ən zövqsüz geyinən xanım sənətçilərinin adını açıqlayıb. Lent.az-a açıqlama verən dəb ustası bildirib ki, onun üçün ən zövqsüz müğənnilər aşağıdakılardır: “Mən müğənni Damlanı çox istəyirəm, amma zövqsüzdür. Şəbnəm Tovuzlu (Əsədova) , Telli Borçalı, Roza Zərgərli, Nigar Camal da zövqsüzlər arasındadır.

 

 

Stilist “şou-biznesin ən dəbli xanımları”ndan da söz açıb: “Keçən ilə nisbətən əməkdar artistlər Nüşabə Əlləsgərli, Nahidə Orucova imiclərində müsbət dəyişikliklər ediblər. Estrada müğənnilərindən zövqlərini bəyəndiyim müğənnilər Nura Suri, Aygün Kazımova, Röya Ayxan, İradə İbrahimovadır. Bunlar hər zaman yaxşı geyinirlər. Bu insanlar zövqü yaradanlardandırlar. Onlar zövqsüz geyinsələr də, biz onları zövqsüz görə bilmərik.

 

İmic ustası şou-biznesin zövqsüz kişi müğənnilərindən də danışıb: “Fikrimcə, müğənni Talıb Tale zövqsüzdür. Ola bilər ki, yaxşı oxusun, amma milyonlarla insanın qarşısında onun geyimi nəinki məni, zövqdən anlayışı olanları qane etməz. Sadəcə onun mahnılarına qulaq asmaq olar. Əməkdar artist Cavanşir Məmmədovun geyimləri hər zaman qarışıq olur. Bir də görürsən ki, elə köynək geyinir, düşünürsən ki, buna kim bunu məsləhət görüb? Bəzən də ciddi kostyum geyinir. Özünə hörmət qoyan insandı. Amma bəzən geyimlərinə baxanda çaşıram. Deyirəm, niyə belə oldu? O vaxt Məmmədbağır Bağırzadə də efirə parıltılı pencəkdə çıxırdı. Kişilərdən Zamiq Hüseynov zövqlü geyinir. Hər dəfə dəyişir. Amma Faiq Ağayev Zeynəb Xanlarova, Nisə Qasımova kimi imicini dəyişməyən insandı. Hər zaman öz imicini yerində saxlayır. Ola bilər ki, saçının rəngini dəyişsin, amma öz adını daim qoruyub. Müğənni Elçin Cəfərov isə bəzən yaxşı, bəzən pis görsənir”.  

 


Samiraldo 2018-ci ilin dəbini də açıqlayıb: “Üzümüzə gələn il sarı, ağ, qara, bənövşəyi rəng dəbdə olacaq. Onların üzərində əl işləmələri, daş-qaşlardan ibarət rəsm elementləri olacaq. Bunu səhnə üçün deyirəm. Amma gündəlik geyimlər üçün şalvar, köynək daha uzun olmamalıdır”.

 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>