Sizin link burada

Ramiz Əzizbəyli xəstəxanadadır

“Hələ ki, səhhətimdə müsbət dəyişiklik yoxdu. Hazırda xəstəxanadayam. Türkiyədən gələndən sonra iki ay yarım müalicə aldım. Üstündən bir müddət keçəndən sonra yenidən Bakıdakı xəstəxanaların birində müalicə alıram”.

 

Bunu Modern.az-a açıqlamasında, uzun müddətdir ki, səhhətindən əziyyət çəkən xalq artisti, aktyor Ramiz Əzizbəyli bildirib.

 

Bir neçə ildir ki, iflic xəstəliyindən əziyyət çəkən xalq artisti bir müddət bundan əvvəl Türkiyənin Romatem Bursa xəstəxanasında müalicə olunub. Oradakı müalicələrindən razılıq etsə də, tam sağalmadığını bildirib. Xalq artisti xəstəxanadan evə nə zaman buraxılacağını da hələlik dəqiq bilmir:

 

“Hələ ki, buradayam. Evə nə zaman buraxacaqlarını bilmirəm”. 

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>