Sizin link burada

Qətərin Milli Günü Bakıda qeyd olundu

Bu gün Qətər Dövlətinin Milli Günü  münasibətilə bu ölkənin Azərbaycandakı səfirliyində mərasim təşkil olunub.

 

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Qətərin ölkəmizdəki səfiri Yusif Bin Həsən Əl Sai  deyib ki, Azərbaycan və Qətər arasında bütün  müstəvilərdə yüksələn xətlə inkişaf  etməkdə olan  özünəməxsus qarşılıqlı münasibətlər mövcuddur.

 

Səfir bildirib ki, bu münasibətlər bitməkdə olan bu il ərzində də önəmli şəkildə  inkişaf edib.

 

Tədbirdə çıxış edən Azərbaycan fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib ki,  Qətər Azərbaycanın bir çox problemlərinin həllində mühüm rol oynayıb.

 

Nazirin sözlərinə görə, Qətər dinamik inkişafı sayəsində ən zəngin iqtisadiyyat  ölkəsinə çevrilib: "Xalqımızın mədəniyyət və dininin beynəlxalq aləmdə üst-üstə düşməsi bizi daha da yaxınlaşdırır. Qətər və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində  uğurlu əməkdaşlıq edir".

 

Nazir qeyd edib ki, Azərbaycan hər zaman Qətərin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir.

 

Qətər və Azərbaycan arasında bir çox sahələrdə əməkdaşlığın inkişaf etdiyini vurğulayan K.Heydərov deyib ki, hər iki ölkə başçıları arasında səmimi əlaqələr əməkdaşlığın yüksək tempdə  inkişafına  səbəb olur: "İki ölkə arasında bütün sahələrdə əməkdaşlıq davam edir. Qətər və Azərbaycan fövqəladə halların idarə olunması sahəsində də əməkdaşlıq edir. Ölkələrimiz arasında texniki, ticarət, kənd təsərrüfatı, turizm kimi sahələrdə saziş imzalanıb. 2016-cı ildə  ötən illərlə müqayisədə ticarət dövriyyəsi  30 dəfəyə yaxıb artıb. Əlaqələrin növbəti illərdə daha da genişləndiriləcəyinə ümid edirəm".

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>