Sizin link burada

"Prezident seçkilərinə müstəqil namizəd kimi gedəcəyəm" - Putin

"2018-ci il martın 18-də keçiriləcək prezident seçkilərində namizədliyimi müstəqil olaraq irəli sürəcəyəm. Bununla belə, siyasi qüvvə və ictimai təşkilatların dəstəyinə inanıram".
 
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin keçirdiyi ənənəvi mətbuat konfransında deyib.
 
Kreml rəhbəri həmçinin seçki qərargahının rəhbəri olacaq şəxsin hələ müəyyənləşmədiyini bildirib. V. Putin seçki platformasının hazır olduğunu desə də, onu indi açıqlamanın düzgün olmadığını qeyd edib.
 
Qeyd edək ki, seçkidə iştirak qərarını Rusiya prezidenti dekabrın 6-da açıqlayıb. Onun bu seçkidə rəqibləri Kseniya Sobçak, Yekaterina Qordon, Sergey Polonskiy və Boris Titovdur.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>