Sizin link burada

Lerikdə 12 yaşlı uşaq faciəvi şəkildə ölüb

Lerikdə 12 yaşlı uşaq faciəli şəkildə ölüb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl rayonun Gələsər kəndində qeydə alınıb.

 

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.

 

Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>