Sizin link burada

Xanımına sataşdığı üçün sürücünü qətlə yetirən ərə 17 İL HƏBS CƏZASI

Qətlə törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən  Cavid Əbdülməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib. Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. 

Hadisəyə səbəb qısqanclıq olub.  Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi avtomaşına minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə  Vasifə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

C.Əbdülməmmədov orada  V. Ağammədovu  öldürüb və könüllü olaraq polisə təslim olub.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>