Sizin link burada

“Yeni qəbul qaydaları təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək"

2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli bir müddət əvvəl açıqlanıb.

 

APA-nın xəbərinə görə, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə bildirib ki, yeni qaydaları Ədliyyə Nazirliyi və Nazirlər Kabineti təsdiqlədikdən sonra o hüquqi sənəd kimi qüvvəyə minməlidir.

 

“Bu prosedur başa çatandan sonra biz buraxılış imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının qaydalarını Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirəcəyik”, - deyə M. Abbaszadə qeyd edib.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>