Sizin link burada

Məleykə Abbaszadə məktəb təhsilini tənqid etdi: "Şagirdlər əlavə hazırlaşır"

 

“9-cu sinfin buraxılış imtahanlarından sonra təxminən 30% şagird tədris prosesindən ayrılıb, 10-cu sinfə keçmir”.

 

APA-nın xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Sumqayıtda təhsil işçiləri, müəllim və valideynlərlə yeni qəbul qaydaları ilə bağlı görüşdə deyib.

 

O bildirib ki, müxtəlif parametrlərə görə Sumqayıtın nəticələri həmişə Bakının nəticələrindən yaxşı olub: “Bu il də Sumqayıtda XI sinfin buraxılış imtahanlarının nəticələri yüksəkdir, nəinki Bakının. Baxmayaraq ki, Sumqayıtda 3000-ə yaxın, Bakıda isə 20 minə yaxın məzun var”.

 

Azərbaycanda icbari təhsilin 9 illik olduğunu xatırladan M. Abbaszadənin sözlərinə görə, DİM 14 və 15 dekabrda 38 şəhər və rayonun ümumtəhsil müəssisələrinin 6-cı siniflərində təhsil alan şagirdlər üçün Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən monitorinq imtahanı keçirəcək. DİM sədri əlavə edib ki, monitorinq imtahanları dövlət vəsaiti hesabına təşkil olunacaq.

 

“XI sinfin buraxılış imtahanlarının nəticəsi təkcə məktəbin nəticəsi deyil, çünki şagirdlər məktəbdən əlavə hazırlaşırlar. Buna görə də IX və XI sinfin buraxılış imtahanlarında fərqi görürük”, - deyə Direktorlar Şurasının sədri vurğulayıb.

 

LENT

20 İyun 2018
19 İyun 2018

Digər xəbərlər >>>