Sizin link burada

Qız üstündə adam öldürənə 12 İL HƏBS

 

 

Qız üstündə qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə təqsirləndirilənə hökm oxunub.

 

 

 

Hakimlər kollegiyasının hökmünə əsasən, o, 12 il müddətinə azadlıqdan məhrum edilib.

 

Xatırladaq ki, prokuror çıxışında Teymur Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

 

Qeyd edək ki, hadisə iyunun 27-də Sumqayıt şəhərində baş verib. Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

 

İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

LENT

24 Aprel 2018

Digər xəbərlər >>>