Sizin link burada

Çempionlar Liqasının ən gözəl 6 qolu - ADLAR

 

Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşı qoluna namizədlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu ada qitənin ən nüfuzlu klub turnirində keçirilən 96 matçda vurulan 6 ən gözəl qol iddia edir.

 

UEFA-nın seçdiyi qollardan üçü eyni qrupda – Azərbaycan çempionu “Qarabağ”ın da yer aldığı C qrupunda vurulub. Bunlardan ikisi “Roma”nın oyunçularının “Çelsi”nin qapısından keçirdiyi toplardı.

 

Stefan El Şaravi ev, Edin Dzeko səfər matçında fərqlənib. Antuan Qrizmanın (“Atletiko”) “Roma” ilə ev görüşündəki qolu da seçilmişlər sırasındadı.

 

Digər qruplarda vurulan toplardan Qaret Beylin (“Real”) “Borussiya” ilə səfər oyununda, Cenk Tosunun (“Beşiktaş”) “Porto” ilə rəqib meydanındakı, Sadio Manenin (“Liverpul”) “Spartak”la öz meydanındakı qarşılaşmada vurduğu top siyahıya daxil edilib.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>