Sizin link burada

Tofiq Yaqublu: "Müsavat partiyasında fikir ayrılığı var" - YENİLƏNİB

 

Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu digər müavin Elman Fəttahın vəzifəsindən istefa verməsinə münasibət bildirib. 

T. Yaqublu APA-ya açıqlamasında E. Fəttahın haqlı olduğunu bildirib: "Çünki partiyada fikir ayrılığı var. Düzdür, Elman Fəttah mənim Milli Şurada olmağımı istəmir. Ancaq bu istefa mənimlə bağlı deyil, onun dediyi fikir ayrılığı ilə əlaqədardır".

T. Yaqublu partiyadakı fikir ayrılığının nədən ibarət olduğunu şərh etmək istəməyib. 

Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarəçiliyində yaranan fikir ayrılığı ilə əsaslandırıb.

 

**

 

12:37

 

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı başqan müavini Elman Fəttahın istefasına münasibət bildirib.

 

G. Aslanlı APA-ya açıqlamasında Müsavat Partiyasında fikir ayrılığının normal olduğunu deyib: "Burda fikir ayrılığı ola bilər, çünki demokratik partiyadır. Partiyada qərarlar müzakirə yolu ilə qəbul edilir. Ancaq bununla yanaşı, demək olmaz ki, partiyanın idarə edilməsində istefaya səbəb ola biləcək ciddi fikir ayrılığı var".

 

G. Aslanlı qeyd edib ki, E. Fəttah istefa ərizəsini təqdim etmədiyindən onun istefa verməsinin səbəbləri barədə məlumatsızdır.

 

Qeyd edək ki, E. Fəttah Müsavat Partiyasındakı vəzifəsindən istefa verib. O, istefasını partiyanın idarə edilməsində yaranan fikir ayrılığı ilə əsaslandırıb.

 
**
 
12:02
 
Müsavat Partiyasının başqan müavini Elman Fəttah vəzifəsindən istefa verib. 
 
E. Fəttah APA-ya açıqlamasında bu barədə yayılan xəbərləri təsdiqləyib. O bildirib ki, istefasına partiyanın idarəçiliyində yaranan fikir ayrılıqları səbəb olub. 
 
E. Fəttah yalnız vəzifəsindən istefa verdiyini və partiyada fəaliyyətini davam etdirdiyini söyləyib.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>