Sizin link burada

Klublararası dünya çempionatının finalçıları bilindi

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

 

APA-nın xəbərinə görə, "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.

 

Madridlilərin heyətində  Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).

 

Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar. 

 

Xatırladaq ki, ötən gün "Qremio" Meksikanın "Paçuka" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>