Sizin link burada

Məşhur türkiyəli müğənni ata olmaq istəyir

 

Türkiyənin tanınmış müğənnisi Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanla birgə İstanbulda təşkil olunan partilərin birinə qatılıb. Lent.az-ın Gecce.com.tr-yə istinadən verdiyi məlumata görə, ifaçı gecədə jurnalistlərin suallarını cavablandırarkən 2018-ci ildəki planlarını dilə gətirib: “Yeni ildə yaxşı bir albom və gözəl mahnılar istəyirəm. Amma bunlardan öncə əsas can sağlığı arzu edirəm. Amma son olaraq demək istəyirəm ki, ümid edirəm ki, 2018-ci ildə ailəmiz daha da böyüyəcək”.

 

İfaçının xanımı da 2018-ci ildəki planlarından danışıb: “Mən də uşaq istəyirəm. Amma ondan öncə karyeramı düşünürəm”.

LENT

17 İyul 2018

Digər xəbərlər >>>