Sizin link burada

Bakıda ANS-in keçmiş əməkdaşı həbs edildi

 

Bakıda axtarışda olan şəxs tutulub. Lent.az xəbər verir ki, barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) ilə iş başlanılan 1983-cü il təvəllüdlü İbrahimov Rəşad Vahid oğlu saxlanılıb. O, cinayət işinin istintaqının aparıldığı Bakı şəhər Baş Polis İdarəsinə təhvil verilib.

 

Qeyd edək ki, Rəşad İbrahimovun 200 min dollarlıq dələduzluq etdiyi bildirilir. Belə ki, iş adamı Ruslan Zeynalov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bir neçə il əvvəl Rəşad İbrahimov ondan dəyəri 200 000 ABŞ dolları olan kompüter avadanlığı alıb, lakin pulu  verməyərək dələduzluq edib.

 

Qeyd edək ki, criminal.az saytının yazdığına görə, adıçəkilən şəxslərin hər ikisi bağlanan ANS kanalının əməkdaşı olub. Onlar şirkətdə mühafizəçi işləyib. 

LENT

20 İyun 2018
19 İyun 2018

Digər xəbərlər >>>