Sizin link burada

Şahbaz Xuduoğlu: "Kitabı oxucuya xilaskar kimi təqdim etməliyik" - VİDEO

“Çöldə yaşam öyüdləri”

Tanınmışların uğur hekayələri

Yaradıcı Yönətmən Eltən Qədimbəyli

Yönətmən Azər Kazımlı

Yayımlanmağa başlayandan sonra qısa vaxt kəsiyində geniş audutoriya toplamağa nail olan “Çöldə yaşam öyüdləri”  verilişinin bu dəfəki qonağı  naşir, tərcüməçi-yazar, "Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu olub. Verilişə gəlməklə “beton cəngəlliklərin” çölünə çıxmağı bacaran yazar niyə özünün çölünə çıxıb  ordan özünə bamağa ehtiyyat etdiyini bu verilişdə açıqlayır. Verilişin müəllifi, rejissor  Eltən Qədimbəylinin “Şahbaz bəy sizə görə kimdir” sualına onun cavabı “arzularına çatmayan insan” deməsi verilişin ilk dəqiqələrindən naşirin özü, yaradıcılığı haqqında olan söhbəti tamaşaçı üçün daha maraqlı edir. Və verilişin irəliləyən dəqiqlərində tərcüməçi-yazarın arzularının həyata keçməməsinin səbəbləri bəlli olur. O, həmçinin həyatının onun üçün şərəfli hesab etdiyi anlarını da “Çöldə yaşam öyüdləri”ndə bölüşür. Verilişin müəllifinin “Sizin naşir kimi tarix elminə münasibətiniz necədir? Ən sevdiyiniz tarixi şəxsiyyətlər kimlərdir?” sualına tanınmış naşirin çox maraqlı cavabı olub.

Verliş boyu danışılan mövzulara maraqlı fikirlər bildirən yazarın fikrincə valideyn övladını öz istəyinə görə deyil, onların istəyinə görə böyütməlidir. Əsaslandırılmış fikirləri dinləyəndə naşirə haqq qazandırmamaq mümkün deyil.

Səfalı təbiət mənzərələri ilə əhatələnən “çölçü obası”nda çəkilən veriliş ocaqda dəmlənən çölçü qəhvəsi ilə onu daha maraqlı və rəngarəng edir.

“Çöldə yaşam öyüdləri” verilişində “özünə çöldən baxmağa qorxan”  Şahbaz Xuduoğlu yaşadığımız toplumun çöldən ona necə göründüyünü danışıb. Onun “özünə yanaşma” ilə bağlı olan fikirləri isə yaşamağı asanlaşdırmanın bir açarı ola bilər.

 Veriliş sona qədər tamaşaçı marağını qoruyub saxlamağı bacarır.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>