Sizin link burada

Azərbaycanda komitə sədrinə orden verildi

Prezident İlham Əliyev Abbas Ələsgərova 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən memarlığın inkişafındakı xidmətlərinə və şəhərsalma sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Abbas Abbas oğlu Ələsgərov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

 

Qeyd edək ki, Abbas Ələsgərov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədridir. 

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>