Sizin link burada

Evə gec gəldiyi üçün bacısını öldürən oğlan: "Şübhələndim ki..."

 

Bakıda bacısını öldürməkdə təqsirli bilinən Anar Məsimovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Anar Məsimov ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bacısının evdən tez-tez getdiyini və buna görə də onun kiminləsə münasibəti olduğundan şübhələndiyini deyib.

Anar Məsimovun atası Akif Məsimov bildirib ki, oğlu ilə qızı tez-tez mübahisə edib: “Oğlumun psixoloji problemi olub. Hadisə bunun üstündə baş verib”.

Proses dekabrın 19-da davam edəcək.

Qeyd edək ki, hadisə bu il mayın 5-də Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi ərazisində baş verib. Bakı şəhər sakini Anar Məsimov evində münaqişə zəminində bacısı Nigarı bıçaqla qətlə yetirib.

Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məsimov tutulub.

İşdən evə gec gəldiyinə görə Anar bacısına bunu irad tutub. Nigar Məsimova ona qoymayıb.

Mayın 5-də isə Nigar Məsimova qardaşına cavab qaytarıb. Bundan hiddətlənən qardaş mətbəx bıçağı ilə bacısına bir neçə zərbə vuraraq onu qətlə yetirib.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>