Sizin link burada

Sürücülərin nəzərinə: Bakının bu prospekti sabah bağlı olacaq

Sabah paytaxtın bu yolu bağlı olacaq. “Azəravtoyol” ASC-dən Lent.az-a verilən məlumata görə, asfalt-beton örtüyünün yenilənməsi işləri ilə əlaqədar olaraq dekabrın 13-ü səhər saatlarından etibarən Azadlıq prospektinin Rəsulzadə qəsəbəsindən keçən, daha dəqiqi prospektdə yerləşən yerüstü piyada keçidindən Biləcəri-Baksol yolunadək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

 

Məhdudlaşdırma qısa müddətlik, həmin gün gecə saatlarınadək tətbiq ediləcək.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>