Sizin link burada

Bakıda ağır qəza: jurnalist öldü - FOTO

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az xəbər verir ki, dekabrın 12-nə keçən gecə Bayraq meydanının qarşısında “Daewoo” markalı avtomobil yolu keçməyə çalışan 1950-ci il  təvəllüdlü, Nərimanov rayon sakini Məmmədov Sabit Məmməd oğlunu vurub. Xəstəxanaya yerləşdirilən S.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün gündüz saatlarında keçinib.

 

Qeyd edək ki, vəfat edən Sabit Məmmədov (Emin Sabit imzası ilə yazırmış) "Təzadlar" qəzetinin əməkdaşıdır.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>