Sizin link burada

Xanımına sataşdığı üçün sürücünü qətlə yetirən ərə 19 İL HƏBS TƏLƏBİ

Taksidə xanımına baxan sürücünü öldürən 1993-cü il təvəllüdlü Əbdülmməmməd Cavid Hacıməmməd oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

 

 

 

Prokuror bildirib ki, Cavid Əbdülməmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə qəsdən adam öldürüb: "Onun əməli məhkəmə istintaqı və ibtidai istintaq zamanı sübuta yetirilib".

 

 

 

Dövlət ittihamçısı C.Əbdülməmmədovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

 

Mərhumun xanımı, hüquqi varisi isə təqsirləndirilən şəxsə maksimum həddə - 20 il cəza verilməsini istəyib.

 

 

 

Məhkəmə prosesində C.Əbdülməmmədov son söz üçün vaxt istəyib. Məhkəmə prosesi dekabrın 14-nə təyin edilib.

 

 

 

C.Əbdülməmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.

 

 

 

 

 

Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib.

 

 

 

Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.

 

 

 

Hadisəyə səbəb qısqanclıq olub.  Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

 

 

 

C.Əbdülməmmədov orada  sürücünü öldürüb və könüllü olaraq polisə təslim olub.

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>