Sizin link burada

MTN polkovnikinin qurbanına 8 İL HƏBS TƏLƏBİ

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinin işində zərərçəkmiş şəxs qismində tanınan və sonradan barəsində dələduzluq ittihamı ilə cinayət işi başlanan Biləcəri qəsəbəsində icra nümayəndəsi vəzifəsində işləmiş Bahəddin Sultanov və  onunla birgə ittiham olunan sabiq polis əməkdaşı Təvəkkül Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

 

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə məhkəmə istintaqı başa çatıb.

 

Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında  Bahəddin Sultanovun 8 il, Təvəkkül Vəliyevin isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı həmçinin zamində olan hər iki şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsini və məhkəmə zalından həbs edilməsini istəyib.

 

Qeyd edək ki, Bahəddin Sultanov və Təvəkkül Vəliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilirlər.

 

İttihama görə, hər iki təqsirləndirilən şəxs torpaq alqı-satqısı zamanı vətəndaşlardan külli miqdarda pul alıblar, daha sonra vədlərinə əməl etməyərək dələduzluq cinayəti törədiblər.

 

Onun barəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işi başlanıb.

 

Bahəddin Sultanov 2004-2005-ci illərdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işləyib.

 

Sonradan isə Sumqayıt yolunda 4 hektar torpaq sahəsi götürərək iribuynuzlu mal-qara saxlayıb, həmçinin Qazaxıstanda tikinti işləri ilə məşğul olub.

 

 

Xatırladaq  ki, Bahəddin Sultanov Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin sabiq rəisi Vüsal Ələkbərovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>