Sizin link burada

“Barselona”dan müdafiəçi transferi

“Barselona” qış transfer dönəmində heyətinə mərkəz müdafiəçisi cəlb edəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubuna yanvarda qoşulacaq oyunçu artıq bəllidi.

 

Bu, “Palmeyras”ın üzvü Yerri Minadı. Klublar bir müddət əvvəl bu transferdə ortaq məxrəcə gəlmişdilər və keçid mövsümün sonuna planlaşdırılırdı. Lakin Samuel Umtitinin zədələnməsi və Xavyer Maskeranonun gələn ay ayrılmaq istəməsi Minanın transferinin tezləşməsinə səbəb olacaq.

 

Kolumbiya millisinin 23 yaşlı üzvü dekabrın sonunda İspaniyaya köçəcək. Bu keçid “Barsa”ya 9 milyon avroya başa gələcək.

LENT

21 İyul 2018

Digər xəbərlər >>>