Sizin link burada

Qənirə Paşayeva İraq Türkmən Qardaşlıq Ocağını ziyarət edib

İraqda səfərdə olan millət vəkili, Azərbaycan-İraq Parlamentlərarası Dostluq Qrupunun üzvü  Qənirə Paşayeva 57 ildir fəaliyyət göstərən İraq Türkmən Qardaşlıq Ocağını ziyarət edib. Lent.az-ın məlumatına görə, görüşdə bu ölkədə yaşayan türkmənlərin vəziyyəti, təşkilatla Azərbaycandakı qurumlar arasında əməkdaşlığın inkişafı istiqamətində mövcud olan potensial və konkret layihələr barədə fikir mübadiləsi aparılıb.

 

“Azərbaycana da vətən kimi baxırıq” deyən İraq Türkmən Qardaşlıq Ocağının rəhbəri  Dr. Necdet Yaşar Bayatlı İraqda türkmənlərin üzləşdiyi problemlər, çoxlu sayda türkmənin öz evindən köçkün düşərək həyatını itirməsi,  təşkilatın İraqda Türkman soydaşlarımızı və onların haqlarını qorumaq istiqamətində gördüyü işlər barədə fikirlərini bölüşüb və bütün Türk dövlət və toplumlarından, diaspor təşkilatlarından daha çox dəstək və əməkdaşlıq gözlədiklərini bildirib. O, Azərbaycanla İraq arasında parlamentlərarası, hökumətlərarası münasibətlərin inkişafı ilə yanaşı, Azərbaycan türkləri ilə İraq türkləri arasında əməkdaşlığın artmasının vacibliyini də vurğulayıb. 

 

Q. Paşayeva Qarabağ, Xocalı soyqırımı həqiqətlərinin İraqda daha geniş yayılmasında İraq Türkman Qardaşlıq Ocağının bundan sonra daha çox fəallıq göstərəcəyinə inandığını deyib, təşkilatın üzvlərinə və kitabxanasına Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ, Xocalı həqiqətlərinə dair kitab, materialları təqdim edib.

 

 

LENT

21 İyul 2018

Digər xəbərlər >>>