Sizin link burada

Qız üstündə qətl törədənə 14 İL HƏBS TƏLƏBİ

Qız üstündə qətl törətməkdə təqsirləndirilən Teymur Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə prosesdə  dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında T.Sadıqovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

 

Qeyd edək ki, hadisə iyunun 27-də Sumqayıt şəhərində baş verib.  Astara rayon sakini, əvvəllər məhkum olunmuş Taleh Babazadə bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Gədəbəy rayon sakini Teymur Sadıqov tərəfindən münaqişə zəminində törədilməsi müəyyən edilib. O, Şəmkir rayonu ərazisində tutulub.

 

İlkin məlumatda bildirilir ki, T.Babazadə hadisə yerinə getməzdən əvvəl tanışlarından birinə qız söhbətinə getdiyini deyib.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>