Sizin link burada

Neft daşlarında insident: fəhlə qətlə yetirildi

 

Dekabrın 12-də saat 11:50 radələrində Neft Daşlarında SOCAR-ın “Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.
 
 
 
SOCAR-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nəticədə Anar Əsgərov Azər Xalıqova bıcaqla xəsarət yetirmişdir. A.Xalıqov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.
 
 
Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib,  araşdırma aparılır. 
 
 

LENT

16 Yanvar 2018

Digər xəbərlər >>>