Sizin link burada

Bakıda kütləvi dava: 2 nəfər bıçaqlandı

Bakının Nizami rayonunda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb.

 

 

Lent.az-ın “report”a istinadən xəbərinə görə,  Qara Qarayev prospekti, 26 ünvanında 5 nəfər arasında əlbəyaxa dava olub. Nəticədə 1985-ci il təvəllüdlü Ələkbərov Ruslan İsrafil oğlu və 1985-ci il təvəllüdlü Qurbanov Tural Hacıməmməd oğlu bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, T.Qurbanovun vəziyyəti ağırdır.

 

 Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis bölməsində araşdırma aparılır.

LENT

16 İyul 2018

Digər xəbərlər >>>