Sizin link burada

Daşkəsəndə “VAZ 2107” çaya düşdü - yaralılar var

Daşkəsən rayonunda ağır yol qəzası baş verib.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Mədənçilər qəsəbəsində qeydə alınıb.

 

“VAZ 2107” markalı avtomobil idarəetmədən çıxaraq çaya düşüb. Qəza nəticəsində xəsarət alanlar var. Yaralıların Gəncədəki xəstəxanalardan birinə aparıldığı bildirilir.

 

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

LENT

26 Aprel 2018

Digər xəbərlər >>>