Sizin link burada

"Bizim DSMF-yə borcumuz yoxdur" - QSC-dən AÇIQLAMA

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC fəaliyyətə başladığı gündən DSMF-yə yaranan borcu cari ayda əvvəlcədən ödənilib və heç vaxt ödəniş vaxtı keçmiş borcu olmayıb. Lent.az xəbər verir ki, bu barədə cəmiyyətin yaydığı məlumatda bildirilib. Qeyd edilib ki, hazırda da “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dövlət Sosial Müdafiə Fonduna borcu yoxdur: “Təkcə bu il Gəmiçilik tərəfindən DSMF-yə 24,7 milyon AZN ödəniş həyata keçirilib. DSMF-nin “AXDG” QSC-ni məhkəməyə verməsinə gəlincə, bildirək ki, Fond Gəmiçiliyin tabeliyində olmuş “Dənizçi” kənd təsərrüfatı müəssisəsi ilə bağlı 2015-ci ilin aprelində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırıb. Qeyd olunan müəssisə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 iyul 2016-cı il tarixli 447S nömrəli sərəncamı ilə aqrar islahatlarının aparılması məqsədilə “AXDG” QSC-nin tabeliyindən çıxarılıb”.

 

Qeyd edək ki, DSMF “AXDG” QSC-ni borca görə məhkəməyə verib.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>