Sizin link burada

“Yaşa Bakinski”ni öldürən şəxsə 18 İL HƏBS

 

 

Kriminal aləmdə “Yaşa Bakinski” kimi tanınan şəxsi öldürməkdə təqsirləndirilən Elxan Ağayevin cinayət işi üzrə məhkəmə başa çatıb.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hakimlər kollegiyasının hökmü ilə o, 18 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə bu il matın 22-də Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini, 41 yaşlı Elxan Şıxbaba oğlu Ağayev aralarında yaranmış mübahisə zəminində qohumu, 66 yaşlı Baləhməd Əliməmməd oğlu Baləhmədovu bıçaqla qətlə yetirib.

 

 

Cinayəti törətmiş E.Ağayev Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Elxan Ağayev əvvəllər Cinayət Məcəlləsinin 234, 126 və 207-ci maddələri ilə məhkumluq həyatı yaşayıb.

 

 

 

 

 

 

Saxlanılan şəxs ifadəsində bildirib ki, 1 ay bundan əvvəl B.Baləhmədov onu bıçaqlayıb. Və buna görə də E.Ağayev qisas məqsədilə B.Baləhmədovu öldürüb.

 

 

 

E.Ağayev Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

 

 

 

Xatırladaq ki, dünyasını dəyişmiş Baləhməd Baləhmədov 30 ildən yuxarı məhkumluq həyatı yaşayıb və kriminal aləmdə “Yaşa Bakinski” ləqəbi ilə tanınıb.

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>