Sizin link burada

“Bulaq” restoranındakı silahlı insidentlə bağlı AĞIR CƏZA tələbi

 

 

Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

 

Dövlət ittihamçısı çıxışında təqsirləndirilən şəxslərə bu qədər cəza istəyib:

 

 

Tofiq Qarazadə 12 il, Allahyarov Samir 18 il, Fuad Əsgərov 15 il 6 ay,  Bəhruz Rəfiyev 13 il, Abdullayev Süleyman 12 il, Murtuza Tağıyev 5 il, Hüseynov Hüseyn 5 il, Vəliyev araz 5 il, Cəfərov Müzəffər 7 il 9 ay.

 

 

 

 

Qeyd edək ki, cinayət hadisəsi ötən il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

 

Onu da qeyd edək ki, mətbuatda həbs edilən şəxslərin kriminal qrup üzvləri olması ilə bağlı məlumat öz əksini tapıb. Belə ki, həbs edilən şəxslərin bəzilərinin "Lotu Quli'kimi tanınan Nadir Səlifovun , digərlərin isə Rövşən Canıyevin( Lənkəranski) tərəfdarları olduğunu qeyd edilib.

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>