Sizin link burada

Püşk atıldı: "Beşiktaş"a alman rəqib, İspaniyada erkən final - CÜTLÜKLƏR

 

Bu gün bütün Avropanın diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək. Apasport.az saytının məlumatına görə, UEFA-nın mənzil-qərargahında Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkü atılacaq.

 

Qitənin ən nüfuzlu klub turnirində mübarizə aparan 16 komanda 8 cütlük təşkil edəcək. Bu mərhələdə qrup qalibləri ilə ikinci yer sahibləri görüşəcək.

 

Püşk zamanı eyni ölkə təmsilçiləri və eyni qrupdan çıxan komandalar üz-üzə gələ bilməyəcək.

 

Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Qeyd edək ki, 1/8 finalın ilk görüşləri 2018-ci il fevralın 13-14-də və 20-21-də, cavab matçları martın 6-7-də və 13-14-də baş tutacaq.

 

Çempionlar Liqas

1/8 final

“Yuventus” (İtaliya) - “Tottenhem” (İngiltərə)

“Bazel” (İsveçrə) - “Mançester Siti” (İngiltərə)

“Porto” (Portuqaliya) - “Liverpul” (İngiltərə)

“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə)

“Real” (İspaniya) - PSJ (Fransa)

“Şaxtyor” (Ukrayna) - “Roma” (İtaliya)

“Çelsi” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bavariya” (Almaniya) - “Beşiktaş” (Türkiyə)

LENT

20 İyul 2018

Digər xəbərlər >>>