Sizin link burada

Millimiz Gürcüstan millisiylə oynayacaq

Azərbaycan milli komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, 2018-ci ildəki yoxlama oyunları üçün ilk rəqib bəllidi.

 

Bu, qonşu Gürcüstan yığmasıdı. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda qonşularımızla təlim-məşq toplanışı çərçivəsində qarşılaşacaq.

 

Türkiyənin Antalya şəhərində təşkil olunacaq hazırlıq prosesində keçiriləcək matç 2018-ci il fevralın 2-də baş tutacaq.

 

Qeyd edək ki, bu matç Qurbanovun millinin baş məşqçisi postunda debütü olacaq.

LENT

24 İyun 2018
23 İyun 2018

Digər xəbərlər >>>