Sizin link burada

"Fransa münaqişənin həlli ilə bağlı bundan sonra da işləyəcək" - Səfir

"Hər bir icmanın iqtisadi, sosial və mədəni cəhətdən inkişafı üçün problemlərin davamlı və danışıqlar yolu ilə həllə nail olmaq son dərəcədə vacibdir".

 

APA-nın məlumatına görə, bu sözləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş nümayəndələrinin, eləcə də jurnalistlərin Tərtər rayonuna təşkil olunmuş səfəri zamanı Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib.

 

Səfir Fransanın ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olduğunu xatırladıb: “Fransa digər həmsədr ölkələrlə birlikdə münaqişənin danışıqlar yolu ilə həlli və davamlı sülhün əldə olunması istiqamətində bundan sonra da işləyəcək".


Tərtər  rayonunda 1170 məcburi köçkün ailəsi üçün yeni salınan çoxmərtəbəli yaşayış kompleksi ilə tanış olan A. Buşez bildirib ki, gördüklərindən müsbət təəssüratlar əldə edib: “Gördüklərimiz, məktəblər və sair məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlərdir. Hər bir fəaliyyətin kökündə insan amili və onun həyat şəraitin yaxşılaşdırılması durmalıdır”.

LENT

21 Yanvar 2018
20 Yanvar 2018

Digər xəbərlər >>>