Sizin link burada

Torpağa basdırılan 400 manat çıxarıldı

Salyanda oğurluq hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 9-da Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətindən Salyan Rayon Polis Şöbəsinə rayon sakini Pərvanə Nağıyevaya məxsus mənzildən 4 min manat pulun oğurlanmağı barədə məlumat daxil olub. RPŞ-yə dəvət edilən P.Nağıyeva pulunun bir gün əvvəl Lənkəranda olduğu müddətdə oğurlandığını bildirib.

Polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Həsən Qəmbərov şübhəli şəxs qismində saxlanılıb.

Aparılan araşdırmalar zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Ətrafında aparılan tədbirlərlə onun oğurladığı pulun  400 manatını yaşadığı həyətdə basdırdığı müəyyən edilib və həmin pullar maddi sübut kimi götürülüb.

Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

LENT

18 Yanvar 2018

Digər xəbərlər >>>