Sizin link burada

FACİƏVİ HADİSƏNİN TƏFƏRRÜATI: Rusiyadan qonaq gələn qadınlarla birgə öldü

Ötən gecə Şəki rayonunda baş vermiş və 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda “Mercedes” və “Wolksfagen” markalı iki minik avtomobilinin toqquşması nəticəsində ölən qadınların 2 gün əvvəl Azərbaycana gəldiyi məlum olub.

 

İlkin araşdırmalardan sonra müəyyənləşib ki, Rusiya Federasiya vətəndaşları, ixtisasca həkim olan 1962-ci il təvəllüdlü Olqa Lesnikova və 1972-ci il təvəllüdlü Oksana Maskolnikova Rusiyanın Vladivastok və Kemerova vilayətindəndir. Hər iki rəfiqə əslən Şəmkirdən olan 68 yaşlı Rafael Qasımovun dəvəti ilə Azərbaycana gəliblər. Bildirilir ki, Olqa Lesnikova ilə yaxın münasibətləri olan R.Qasımov onu rəfiqəsi ilə birgə Azərbaycanda istirahətə dəvət edib. 1 gün Gəncədə qalandan sonra R.Qasımov qohumu İsa Abbasovla birgə Şamil Mehdiyevin idarə etdiyi taksi ilə Şəkiyə gəzməyə gediblər. Oradan qayıtdıqda isə Şamil Mehdiyevin sürdüyü “Wolksfagen Passat” əks istiqamətdə hərəkət edən “Mercedes”ə çırpılıb.

 

Qəza nəticəsində Rusiyadan Azərbaycana qonaq gəlmiş rusiyalı qadınlarla birgə, onları dəvət edən Rafael Qasımov və sürücü vəfat edib. Avtomobildəki digər sərnişin İsa Abbasov, eləcə də “Mercedes”lə Şəkiyə toya gedən 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı və Rəşad Aslanlı ağır və orta-ağır xəsarətlər alıb.

 

*****

 

10:17

 

Ötən gecə Şəki rayonunda baş vermiş dəhşətli qəzada ölən 4 nəfərin şəxsiyyəti müəyyənləşib. Lent.az-ın əldə etdiyi məlumata görə, Yevlax-Zaqatala-Gürcustan sərhədi magistral yolunda “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində Rusiya Federasiya vətəndaşları 1962-ci il təvəllüdlü Olqa Lesnikova, 1972-ci il təvəllüdlü Oksana Maskolnikova, 1959-cu il təvəllüdlü Şamil Mehdiyev və 1949-cu ildə anadan olmuş Rafael Qasımov vəfat edib. 1996-cı il təvəllüdlü Murad Bağırov, 1992-ci il təvəllüdlü Elvin Qasımlı, 1963-cü il təvəllüdlü İsa Abbasov və Rəşad Aslanlı isə Mingəçevir şəhər xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır və orta-ağır olduğu bildirilir.

 

Bildirilir ki, qəzada ölən qadınlar Rusiya Federasiyasından Azərbaycana qonaq gəlibmiş. Onların ikisi də ixtisasca həkimdir.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

LENT

20 İyul 2018

Digər xəbərlər >>>