Sizin link burada

İsraildə parka Trampın adı verildi

İsraildə Kiryat-Yam şəhər parkına ABŞ prezidenti Donald Trampın adı veriləcək.  APA-nın “The Times of Israel” nəşrinə istinadən verdiyi xəbərə görə, bu qərara Trampın Yerusəlimi İsrailin paytaxtı kimi tanıması və ABŞ səfirliyini Təl Əvivdən Yerusəlimə köçürülməsi bəyanatından sonra gəlinib.

 

“ABŞ prezidenti sələflərinin edə bilmədikləri cəsarətli və misilsiz bir addım atıb”, - deyə şəhər meri David Even Tsur bildirib.  

 

Qeyd olunan məkan bundan sonra “Donald Tramp Parkı” adlandırılacaq. 

LENT

11 Dekabr 2017

Digər xəbərlər >>>