Sizin link burada

“Qızıl Top” sahibini tapdı!

Fransanın “France Football" jurnalı 2017-ci ilin ən yaxşı oyunçusunu açıqlayıb. Apasport.az saytının məlumatına görə, nüfuzlu media orqanı ilin yekunlarına əsasən, "Qızıl top"u Kristiano Ronaldoya verib.

 

İspaniyanın "Real" klubunun portuqaliyalı hücumçusu mübarizədə Lionel Messi ("Barselona") və Neymarı (PSJ) qabaqlayıb.

 

Bu, Ronaldonun karyerası ərzində qazandığı beşinci “Qızıl top”dur. O, daha öncə 2008, 2013, 2014 və 2016-cı illərdə belə uğura imza atmışdı.

 

Portuqaliyalı ulduz 1956-cı ildən təqdim edilən “Qızıl top”ların sayına görə Messiyə çatıb. Onlardan sonra bu mükafatı ən çox 3 dəfə Mişel Platini, Yohan Kroyf və Marko Van Basten qazanıb.

 

Qeyd edək ki, sonuncu dəfə 2007-ci ildə braziliyalı Kakanın uğurundan sonra son 10 ildə “Qızıl Top”u Messi və Ronaldodan başqa heç bir oyunçu qazanmayıb.

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>