Sizin link burada

Bakıda binada yanğın, 20 sakin təxliyə olundu

Bakıda yanğın hadisəsi qeydə alınıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə,  yanğın şəhərin Sabunçu rayonunda ikimərtəbəli, kommunal tipli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 60 m2olan 3 otaqlı mənzildə baş verib. Nəticədə mənzilin mətbəxinin tavanı 5 m2 sahədə və dam örtüyü 30 m2 sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

LENT

24 Fevral 2018
23 Fevral 2018

Digər xəbərlər >>>