Sizin link burada

Beyləqanda ağır qəza: ölən və yaralananlar var

Bu gün saat 20 radələrində Beyləqan rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Lent.az-ın xəbərinə görə, rayonunun Daşburun adlanan ərazisində “VAZ 2107” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Nəticədə “VAZ 2107”-nin sürücüsü Xocavənd sakini, 1970-ci təvəllüdlü Cəbiyev Hüseynağa Ağarəzi oğlu hadisə yerində dünyasını dəyişib.

 

“Mercedes”in  sürücüsü və sərnişini ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.  

 

Hadisə araşdırılır. 

LENT

13 Dekabr 2017
12 Dekabr 2017

Digər xəbərlər >>>